İstanbulda helikopter qəzaya uğrayıb.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, qəzaya uğrayan helikopter Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsusdur.
Helikopterin düşdüyü əraziyə təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb olunub.
İstanbul valisi Ali Yerlikaya açıqlamasında 4 əsgərin şəhid olduğunu bildirib. Helikopterin düşdüyü ərazidə mülki əhalidən ölən və yaralanan olmayıb.
Şərhlər