Dünya 20:06 13.10.2017

İstanbulda məktəblilərə atəş açıldı: Yaralananlar var

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

"Qaynarinfo"  Modern.az-a istinadan xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.

Qaynarinfo.Az