Dünya 20:46 21.05.2018

İstefadan sonra Sarkisyan ilk dəfə adam arasına çıxdı

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan aprelin 23-də istefa verməsindən sonra ilk dəfə adam arasına çıxıb.

Qaynarinfo "Sputnik”ə istinadən xəbər verir ki, eks-prezident Ermənistanın qətlə yetirilmiş baş naziri Vazgen Sarkisyanın anasının dəfnində iştirak edib.

Serj Sarkisyanı Ermənistan Futbol Federasiyasının sədri Ruben Ayrapetyan və Ararat vilayətinin qubernatoru Aramais Qriqoryan müşayiət ediblər.