İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 6-11, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Lakin yanvarın 13-də axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 13-də axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 13-də gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi yanvarın 13-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.
Şərhlər