Ölkə 13:07 04.05.2013

İstirahət günü Bakıda yay havası olacaq

Azərbaycanda yaz ayında isti yay havası davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 5-də Bakıda və Abşeron yarımadasında az buludlu, yağmursuz hava şəraiti hökm sürəcək, cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 12-17, gündüz 25-29 dərəcə isi olacaq, bəzi yerlərdə 31 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi üstünlük təşkil edəcək.

Gecə 11-16, gündüz 28-33 dərəcə isti olacaq. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq.

Məlumata görə, son iki-üç gündə mövcud olan temperatur iqlim normasından 4-5 dərəcə yüksəkdir.

Yaxın 2 gün ərzində Azərbaycanda isti hava şəraiti davam edəcək.

Qaynar.info