Maqazin 15:28 14.06.2015

İsveç şahzadəsinin toyundan FOTOLAR

36 yaşlı İsveç şahzadəsi Karl Filipp ailə həyatı qurub. “Qafqazinfo”nun "Dailymail"ə istinadən məlumatına görə, şahzadə eks-yoqa müəlliməsi və realiti-şou iştirakçısı olan model Sofin Hellkvist ilə evlənib. 

Toydan sonra Sofin Hellkvist kral ailəsinin titulunu qazanacaq. O, bundan sonra xeyriyyə işləri ilə məşğul olacağını açıqlayıb. 

5 il sevgili həyatı yaşayan cütlük 2014-cü ilin iyununda nişanlanıblar. Toy mərasimi Stokholmun kral sarayındakı Slottsçürka kilsəsində baş tutub.

Filipp Kral XVI Karl Qustavın yeganə oğludur. Toy daha çox ailə məclisi kimi təşkil olunsa da, mərasimə 400-dən artıq yüksək rütbəli şəxs də qatılıb.

Qaynar.info