Sənət 18:02 02.06.2018

İsveç yazıçısı ADO-da

9 iyun saat 20.00-da ADO Teatrında İsveç yazıçısı İda Lindanın "Maşın-Qızın Vəsiyyətnaməsi” kitabının prezentasiyası olacaq. 

Qaynarinfo xəbər verir ki, eyni zamanda kitabı rus dilinə çevirən Nadejda Voinovayla görüş təşkil olunacaq. 

İda Linda (1980-ci il təvvəllüdlü) İsveç yazıçısı, şairi, dramturqu və tərcüməçisidir. O, İsveçin şimalında Umeo şəhərində böyümüş və hal-hazırda Stokqolmda yaşayır. O, Stokqolmun yaxınlığındakı Biskops-Arne ədəbiyyat məktəbində dərs deyir.

"Maşın-Qızın Vəsiyyətnaməsi” (2006) ölüm və futbol haqqında bəhs edən qarışıq ailə dramıdır. Bu əsər motosikl kimi dünyaya gələn Maşın-Qız tərəfindən danışılır. Maşın-qız həyatı birinci tərk emtəli idi, çünki o belə qərar vermişdir. Amma bütün yaxınları ondan əvvəl həyatlarını dəyişirlər. O, kişi dünyası – atası, qardaşı, sevgilisi, övladı ilə əlaqələri qurduqca sanki yenidən ölümü yaşayır. 

9 iyunda "Maşın-qızın vəsiyyətnaməsi” ADO Teatr Kollketivində İsveç, Azərbaycan, Rus və İngilis dillərində səsləndiriləcək. 

Tədbir Azərbaycandakı İsveç səfirliyinin dəstəyi ilə keçiriləcək. Giriş sərbəstdir.