İdman 10:36 20.11.2013

İsveçdə Ronaldo şousu - VİDEO


2014-cü il Dünya Çempionatının play-off mərhələsində dünən gecə maraqlı oyun baş tutub.

Qaynar.info
xəbər verir ki, İsveç öz meydanında Portuqaliyanı qəbul edib.

Gərgin keçən görüşdə portuqallar rəqibini 3-2 hesabı ilə məğlub edərək, Braziliyaya vəsiqəni əldə ediblər.

Sözsüz ki, oyunun qəhrəmanı portuqaliyalı ulduz Kristinao Ronaldo olub. Ronaldo komandasının hər 3 qoluna imza ataraq Dünya Çempionatına vəsiqə qazanmaqda böyük pay sahibi olub.

Möhtəşəm oyun sərgiləyən ulduzun atdığı hər qoldan sonra "Ən böyük mənəm" şəklindəki əl hərəkəti diqqət çəkib.

Qaynar.info