Dünya 12:18 25.09.2018

İsveçin baş naziri vəzifəsindən kənarlaşdırıldı

İsveçin baş naziri Stefan Löfven vəzifəsindən kənarlaşdırılıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermədə bu barədə qərar qəbul edilib və 349 üzvdən 204-ü Löfvenin əleyhinə səs verib. O, İsveçin vəzifəsindən kənarlaşdırılan ilk baş naziridir. Sosial Demokratların lideri olan Löfveni kimin əvəzləyəcəyi hələlik qeyri-müəyyəndir. 

Qeyd edək ki, 9 sentyabrda İsveçdə keçirilən seçkilərdə Sosial Demokratlar parlamentdə əvvəlki mövqeyini itirmiş, sol blok sağ blokdan sadəcə 1 yer artıq qazana bilmişdi.

Gülşən