Dünya 18:47 20.04.2018

İsveçin mərkəzində qalmaqal: dövlət binalarına faşizmin bayrağı asıldı

Faşist Almaniyasının lideri Adolf Hitlerin doğum günü ilə əlaqədar İsveçin paytaxtı Stokholmda 3 dövlət binasına faşizmin bayrağı asılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Huddinqe rayonunun bələdiyyə sədri Daniel Dronjak İsveç dövlət televiziyası SVT-yə açıqlama verib. O, bayrağın naməlum şəxslər tərəfindən oraya asıldığını və səhər saatlarında görülərək, endirildiyini bildirib.

Dronjak irqçiliyin simvolu olan bu bayrağın dövlət binasına asılmasını "ürəkbulandırıcı" adlandırıb və Huddinqedə demokratiyanın qəlbinə sui-qəsd təşkil edildiyini dilə gətirib.

Faktla bağlı araşdırmalara başlanılıb.