Dünya 09:09 26.05.2018

İsveçrə hökumətinə müraciət: Gülnarə Kərimovanın pullarını geri qaytarmayın

Özbəkistanın bir qrup ictimai fəalı İsveçrə hökumətinə müraciət edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, müraciət müəllifləri keçmiş prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın bu ölkənin banklarında olan pullarını Özbəkistana qaytarmamağa çağırıb. Onlar həmin pulların korrupsioner məmurların əlinə keçəcəyindən narahatdır.

İctimai fəallar xahiş edir ki, həmin pullar dövlət islahalatları istiqamətində əldə olunan naliyyətlərə mükafat kimi verilsin.

Qeyd edək ki, İsveçrə Gülnarə Kərimovanın 800 milyon franka yaxın aktivini dondurub və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açıb. Özbəkistan hökuməti isə İslam Kərimovun ölmündən sonra onun qızını həbs edib. Gülnarə Kərimovaya qarşı bir neçə maddə ilə cinayət işi açılıb. 

Aydın