Dünya 10:40 12.09.2019

İsveçrədə atalıq məzuniyyəti qanuniləşdi

İsveçrə Federal Məclisinin Milli şurası övladları yenicə dünyaya gəlmiş atalara iki həftəlik atalıq məzuniyyətinin verilməsi təşəbbüsünü dəstəkləyib. 

Qaynarinfo KP.ru-ya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 129, əleyhinə 62 nəfər səs verib, bir nəfər bitərəf qalıb. 

Hazırkı məqamda Avropa İttifaqı ölkələrinin çoxunda atalıq məzuniyyəti qanuniləşdirilib. Fərq sadəcə məzuniyyətin müddətindədir. 

Alpər