Video 09:59 19.11.2019

İtaliya Ermənistanı darmadağın etdi – 9:1 (Video)

AVRO-2020-nin seçmə mərhələsinin son turunda "J” qrupunda İtaliya millisi Ermənistan yığmasını qəbul edib.

Qaynarinfo xəbər verir ki, Palermoda keçirilən görüşdə "skudra adzurra” erməniləri 9:1 hesabı ilə darmadağın edib.

Roberto Mançininin yetirmələri ardıcıl 10 qələbə ilə AVRO-2020-nin seçmə mərhələsində 100 faizlik nəticəyə imza atıblar, qol sayları isə 37:4 olub.  
 

Avro-2020-nin seçmə mərhələsi

J qrupu

10-cu tur

İtaliya - Ermənistan - 9:1

Qollar: İmmobile (8, 33), Zanyolo (9, 64), Barella (29), Romanyoli (72), Jorjinyo (75-penalti), Orsolini (78), Kyeza (81) - Babayan (79)