İdman 13:12 26.06.2013

İtaliyada 41 klub istintaqa cəlb olundu - ŞOK

İtaliya prokurorluğu futbol klublarında maliyyə yoxlamalarına başlayıb. Fanat.az xəbər verir ki, yoxlamalar A və B seriyaları ilə yanaşı, digər liqalarda da aparılır.

«Milan», «İnter» və «Napoli» başda olmaqla, istintaqa 41 klub daxil edilib. Bu klubların ofisinə basqın edən polis maliyyə sənədlərini götürüb.

Ümumilikdə 12 müstəntiqin apardığı istintaqa klublarla yanaşı, bir sıra futbolçu, məşqçi və klub rəsmisi də cəlb olunub.

Prokuorluq xüsusən futbolçu transferlərindəki saxtakarlıqları araşdırır.

Qaynar.info