Sənət 10:44 22.07.2014

İtaliyanın “qızıl səsi” Bakıda konsert verdi


İyulun 20-də Beynəlxalq Muğam Mərkəzində İtaliyanın “qızıl səsi” Robertino Lorettinin konserti olub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konsert proqramında dünya şöhrətli musiqiçi “Romantica”, “O sole mio”, “Santa Lucia” və s. populyar musiqiləri ilə yanaşı ən son hitlərini də səsləndirib.

Nazirlikdən bildiriblər ki, tədbirdə Robertino Loretti ilə birlikdə azərbaycanlı gənc vokalçı Emin Eminzadə də çıxış edib. O, R.Lorettinin repertuarından məşhur “Besame Mucho” mahnısını oxuyub.

Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Qaynar.info