Video 16:27 23.07.2018

İtkin düşən 3 yaşlı İsmayıl belə tapıldı (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlun tapılıb.

Qaynarinfo azxeber.com-a istinadən verir ki, uşağı FHN-in əməkdaşları tapıb. Uşaq itkin düşdüyü ərazidən xeyli aralıda, çay kənarından tapılıb. Artıq İsmayıl ailəsinə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik: