İdman 11:57 23.01.2019

İtkin düşən futbolçunun son səs yazısı: "Çox qorxuram"

"Kardiff Siti"nin itkin düşən futbolçusu Emiliano Salanın səs yazısı ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, Salanın olduğu və Fransadan Uelsin paytaxtı Kardiffə yola düşən şəxsi təyyarə Manş dənizində radardan itib. Emiliano Sala səs yazısında deyir:

"Parçalara ayrılacaqmış kimi görünən təyyarədəyəm və Kardiffə gedirəm, dəlilikdir. Sabah işə başlayacağıq, yeni komanda yoldaşlarımla məşq edəcəyik. Məndən 1,5 saat ərzində xəbər almasanız, xilas etmək üçün kimisə göndərmək lazım gələ bilər. Çox qorxuram".
 
Axtarış tədbirlərində təyyarənin bəzi hissələri tapılıb.

Qeyd edək ki, Sala Fransanın "Nantes" klubundan "Kardiff Siti"yə 15 milyon funt sterlinq qarşılığında transfer edilmişdi. 

Gülşən