Foto 15:22 09.12.2018

İtkin düşən milyonçu qızının cəsədi tapıldı (FOTO)

Məşhur milyonçu Devid Milleynin itkin düşən qızı Qreysi Milleynin cəsədi tapılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 26 yaşlı bir şəxs şübhəli olaraq saxlanılıb. Həmin şəxsin sosial şəbəkə vasitəsilə qızla tanış olduğunu və daha sonra onu öldürdüyünü ehtimal edilir.

Kirayə götürülmüş avtomobil üzərində aparılan axtarışlar da həmin şəxsin cinayət törətiyinə dair şübhələri artırır.

Kameralar qarşısına çıxan D.Milleyn hadisədən olduqca sarsıldığını bildirib və göz yaşlarını saxlaya bilməyib.
 
Qeyd edək ki, milyonçunun 22 yaşlı qızı dostları ilə birgə qeyd etdiyi doğum günü şənliyindən sonra itkin düşmüşdü.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!