ABŞ-ın "Pure Flix Entertainment" şirkəti Taylandda mağarada itkin düşən yeniyetmə futbol klubu və məşqçilərinin başına gələn hadisə əsasında film çəkəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şirkət baş verən hadisəni izlədiyini, xilasetmə prosesində iştirak edən hamını dinlədiyini və möcüzəvi hadisəni filmə çevirəcəyini açıqlayıb.

Qeyd edək ki, 23 iyunda itkin düşən 11-16 yaşlı futbolçular və 25 yaşlı məşqçi mağaraya daxil olmuş, güclü yağışın yaratdığı su səbəbilə ərazini tərk edə bilməmiş və itkin düşmüşdü. 9 gün sonra tapılan qrupun xilası 10 iyul tarixində yekunlaşıb. Hazırda futbolçuların müalicəsi davam etdirilir.

Gülşən