Sənət 13:19 06.08.2018

İTV-nin sabiq sədrinə vəzifə verildi

İctimai Televiziyanın sabiq direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevə vəzifə verilib.

Qaynarinfo aznews.az-a iistinadən xəbər verir ki, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri təyin edilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.