Dünya 15:51 29.04.2013

İvanaşvillidən Qarabağ münaqişəsi üçün təklif

Tiflisdə NATO Parlament Assambleyassının 83-cü seminarında çıxış edən Gürcüstanın baş naziri Bidzina İvanaşvilli Cənubi Qafqaz regionundakı münaqişələrdən danışıb. 

Modern.az-ın məlumatına görə, İvanaşvilli beynəlxalq ictimaiyyətin regiondakı konfliktlərin həllinə dəstəyini vurğulayan nazir bunları deyib: “Təəssüf ki, regiondakı münaqişələrdə böyük bir risk var. Bu bölgə postsovet məkanında ən qaynar bir sahədir. Bu regionda dövlətlərarası və regional konfliktlər var. Bu münaqişənin həlli perspektivləri görmək çətindir. Buna görə də beynəlxalq aləmin Cənubi Qafqaza maksimum dərəcədə dəstəyi lazımdır”.

Gürcüstanın NATO-ya üzvlük məsələsinin perspektivlərinə də toxunan gürcü baş nazir bəzi proseslərin buna əngəl olduğunu deyib. “Biz NATO-ya üzv olmağa hazırıq. Lakin bizim torpaqlarımızın bəzi hissələrinin işğal altında olması məsələni mürəkkəbləşdirir. Lakin fəaliyyətimizin və strategiyamızın davam etdirilməsi nəticəsində Gürcüstan yaxın gələcəkdə NATO-nun üzvü olacaq”-deyə ciddi mesajlar verib.

Qaynar.info