Xəbər lenti

İvanişvili azərbaycanlıları vəzifəyə gətirir
Dünya 15:40 04.09.2013

İvanişvili azərbaycanlıları vəzifəyə gətirir

Gürcüstanın baş naziri Bidzina İvanişvili azərbaycanlıların ölkə hökumətində vəzifəyə təyin olunması prosesini davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, B.İvanişvili jurnalistlərə açıqlamasında bildirib ki, bu proses Baş nazirin müşavirinin təyin olunması ilə başlayıb və davam etdiriləcək.

Baş nazir deyib: "Azərbaycanlılar Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır və onlar da hamı kimi nazir müavini və nazir ola bilərlər. Hər şey onların peşəkarlığından asılıdır. Bizim hökumətimizdə milli mənsubiyyətlə bağlı heç bir məhdudiyyət yoxdur".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->