Dünya 13:52 24.06.2013

İvanişvili hakimiyyətdən gedəcəyi tarixi açıqladı

Gürcüstanın Baş naziri və "Gürcü arzusu" koalisiyasının lideri Bdzina İvanişvili 2013-cü ilin oktyabrında siyasətdən gedəcəyinə söz verib. ANN.Az-ın verdiyi xəbərə görə, baş nazir bu barədə Eston nəşri "Postimes"a müsahibəsində deyib. 

"Saakaşvili hakimiyyətdən gedən kimi və yeni prezident seçkiləri baş tutandan dərhal sonra mən bir-iki gündən artıq siyasətlə məşğul olmayacam", - Baş nazir deyib. İvanişvilinin sözlərinə görə, prezident, baş nazir, parlament spikeri kimi vacib vəzifələrin seçkilərdən sonra "təmiz, demokrat adamların" tutacağına əmindir. Özündən sonra kimin baş naziri olacağını hələ ki, İvanişvili bilmir, amma onun bu məsələdə "ideyası var".

İvanişvili bildirib ki, Saakaşvilinin "Yeganə milli hərəkat"ının (sosioloji sorğulara görə, populyarlığı 10 faiz aşağı düşüb) konstruktiv müxalifət olacağına şübhə edir. "Onlar bacardıqları qədər bu rolu ifa eləməyə çalışacaqlar. Saakaşvilinin iddialarının əksinə, heç kim müxalifəti məhv etməyə hazırlaşmır. Onlar öz fəaliyyətləri ilə partiyalarına ziyan vururlar və baş verənlərdən heç cür dərs almaq istəmirlər", - İvanişvili deyib. 

2012-ci ilin payızında İvanişvilinin başçılıq etdiyi "Gürcü arzusu" müxalifət koalisiyası parlament seçkilərində qalib gəldi. İvanişvili yeni hökümət yaratdı, Saakaşvili isə faktik olaraq hakimiyyətdən uzaqlaşdırıldı. 

Bundan sonra kütləvi həbslər və vəzifədən sui istifadə, büdcənin mənimsənilməsi kimi müxtəlif cinayətlərdə günahlandırılan keçmiş çinovniklər istintaqa cəlb edildi. Ən çox təzyiqə məruz qalan isə Saakaşvilinin güc nazirlikləri oldu.

Qaynar.info