Dünya 17:33 16.08.2013

İvanişvilidən amerikalılara: "Saakaşvilini götürüb apara bilərsiz" - VİDEO

Gürcüstan prezidenti Mixali Saakaşvii və baş nazir Bidzina İvanişvilinin ABŞ Hərbi Dəniz Donanmasına aid "BULKELEY" gəmisindəki görüşün videogörüntüləri internetə sızıb. 

Qaynar.info "Qruziya onlayn"a istinadən xəbər verir ki, videorolikdə gəminin kapitanı ilə yüksək çinli qonaqlar arasında dialoq əks olunub. 

Kapitan: Mən 11 ildə bu gəmidəyəm, amma birinci dəfədir ki, baş nazirlə prezident bura bilrlikdə qonaq gəliblər.

İvanişvili: Əsas odur ki, prezident burdadır. Onu vaxtı bitəndən sonra apara bilərsiz

Kapitan: Gürcüstanda dəniz gözəldir.

İvanişvili: Nəhayət dəniz qaraldı.

Kapitan: Gürcüstan gözəldir, dağları, hündür binaları görürsən. Çox gözəldir.

İvanişvili: "Bizim prezident onun rəngini dəyişib"

Videoda İvanişvilinin həm kapitan, həm də Saakaşvili ilə məzələndiyi açıq-aydın görünür.

Qaynar.info