Sənət 12:06 18.05.2018

"Çıxış" Teatrı yeni tamaşa ilə beynəlxalq festivala gedəcək

Bu yaxınlarda rejissor İmam Həsənov tərəfindən təsis edilmiş müstəqil "Çıxış" teatrı artıq ikinci tamaşasının premyerasına hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu dəfə tamaşanın ssenari müəllifi və həm də qurluşçu rejissoru olduğu "Buffonada" komediya-dramı tamaşaçılara təqdim olunaq. Tamaşanın premyerası, 2 gün - 19 və 20 May, saat 20:00-da baş tutacaq. 

Tamaşada iştirak edən aktyorlar, New Yorkda teatr təhsili almış həmyerlimiz Kəmalə İsrafilova və almaniyalı gənc aktyor Aron Eichhorndur. Tamaşanın rəssamı Şahnaz Ağayeva, xoreoqraf isə Elnur İsmayılovdur.

Premyeradan sonra isə "Çıxış" teatrını May ayının 21-dən 26-na qədər, hər il Gürcüstanın Kutaisi şəhirində keçirilən Beynəlxalq "Theatrical İmereti" Festivalında məhz bu tamaşa ilə çıxış edəcək. Festivala bir sıra ölkələr, Polşa, Litva, Latviya, Ukraina, Türkiyə, İran və s. iştirak edəcək. 

"Buffonada" tamaşası iki evsiz-eşiksiz, qayğı və sevgiyə böyük ehtiyyac duyan iki klounun sevgi məcarasından bəhs edir.

Tamaşanı izləmək istəyən şəxslərin nəzərinizə çatdırıq ki, yerlər məhduddur. Biletləri teatrın girişində əldə edə bilərsiz.

Biletin qiyməti 10 AZN-dir.
Əlaqə nömrəsi: +994 55 991 02 90
Ünvan: Mirzə İbrahimov küçəsi 22