Xəbər lenti

Foto 22:54 28.07.2018

"Jara-2018": qırmızı xalçadan ulduzlar keçidi (FOTOLAR)

"Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış artistlər, müğənnilər, aktyorlar, bloggerlər qırmızı xalı üzərindən keçiblər.

Bir çox fanatlar məşhurlarla selfi çəkmək, onlardan avtoqraf almaq, hətta söhbət etmək şansını qaçırmayıblar.

Artistlər KİV nümayəndələri ilə söhbət zamanı Azərbaycan paytaxtının gözəlliyi haqqında danışıblar, bura bir daha gəlmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində "Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. (Trend)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->