Xəbər lenti

Maqazin 15:25 13.06.2019

"Jek" müdiri Mənzurə Musayevaya elçi düşüb

Mənzurə Musayeva barəsində yayılan söz-söhbətə "Hər şey daxil"də son qoymağa çalışıb.

Aparıcı Tarix Əliyevin (Tolik) "Xəbər çıxıb ki, "Elə adamlar qapına elçi gəliblər ki, aralarında məmurlar da olub. Mənzurə Musayeva deyib "vəzifəli adamlar" elçi düşüb. Vəzifəli adamlardan "jek" müdiri də ola bilər" sözlərini xanım ifaçı təsdiqləyib.

Tənhalıqdan şikayətlənən 48 yaşlı Mənzurə Musayeva​ ona elçi gələnlər arasında dövlət adamlarının olduğu barədə məlumatların uydurma söhbət olduğunu qeyd edib: 

"Bəli! Mən demişəm "imkanlı şəxslər". Lazım deyil elə söhbətlər etmək. Mən həmişə düz danışıram, pis oluram. O dəqiqə adını başqa şey qoydular. Düzgün deyil. Şərt deyil ki, o insanın imkanı olsun. Hər şey pul ilə ölçülmür".

Xatırladaq ki, Mənzurənin ilk evliliyi uğursuz alınıb. Müğənninin doğma övladı yoxdur. (milli.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->