Video 20:47 08.10.2018

Jirinovski inaqurasiya zamanı yıxıldı (VİDEO)

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin başına iş gəlib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, partiya sədri Vladimirsk əyalətinin qubernatoru seçilən Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı səhnəyə çıxarkən yıxılıb. Nitq söyləmək üçün səhnəyə dəvət olunan Jirinovski büdrəyərək pilləkəndən yıxılıb və onun köməyinə fotoqraf yetişib.

Jirinovski daha sonra ayağa qalxaraq tribunaya yaxınlaşıb.