Ekonomiks 10:03 15.12.2018

"Johnson & Johnson" şirkəti 40 milyard itirdi

"Johnson & Johnson" şirkətinin səhmləri 10%, yəni 39,8 milyard dollar dəyər itirib.

Qaynarinfo xəbər verir ki, şirkətin uşaq pudrasında istifadə edilən asbest maddəsindən xəbərdar olduğu üzə çıxıb. "Reuters" "Johnson & Johnson"un 1971-ci ildən bəri bu faktdan xəbərdar olduğunu üzə çıxarıb. Şirkətin vəkili uşaq pudrasında asbest maddəsindən istifadə edilmədiyini açıqlayaraq media qurumunun uydurma xəbər yayımladığını iddia edib. 

Qeyd edək ki, bu maddə insanlarda xərçəng yaranma ehtimalını artırır. İyul ayında şirkətin 22 qadına ümumilikdə 4,7 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarılıb. Zərərçəkənlərin hamısında yumurtalıq xərçəngi yaranıb. 

Gülşən