İdman 17:32 22.08.2019

Joze Mourinyo məşhur klubu çalışdıra bilər

PSJ rəhbərliyi baş məşqçi Tomas Tüxeli istefaya göndərməyə hazırlaşır.

Qaynarinfo xəbəe verir ki, bu barədə goal.com məlumat yayıb. Buna səbəb komandanın yeni mövsümün startında uğursuz nəticələri və futbolçuların almaniyalı mütəxəssisin iş metodlarından narazı olmasıdı.

İddiaya görə, PSJ rəhbərliyi baş məşqçi postuna Joze Mourinyonu gətirəcək.

Qeyd edək ki, Mourinyonun son iş yeri isə ötən ilin dekabrında tərk etdiyi "Mançester Yunayted" olub. Tuxel isə 2018-ci ilin yayından PSJ-yə rəhbərlik edir.