Ölkə 14:49 16.11.2019

Jurnalist bələdiyyə seçkilərinə qatıdı

Jurnalist Famil Fərhadoğlu bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyə qərar verib.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib: "Cənab Prezidentin apardığı islahatlara və gəncləşdirmə siyasətinə inanaraq, mən də bələdiyyə üzvlüyünə namizədliyimin qeydiyyata alınması ilə bağlı müraciət etdim".

F.Fərhadoğli namizədliyini 32 saylı Suraxanı üçüncü seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, Famil Fərhadoğlu unikal.org saytının əməkdaşıdır.