Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində 12 gündür aclıq edən azərbaycanlı jurnalist Fuad Abbasov aksiyanı dayandırıb.

"Report" xəbər verir ki, jurnalist bu barədə özü bəyanat yayıb.

Fuad Abbasov iyunun 7-də Moskva vilayət məhkəməsinin onun Rusiyadan deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətini təmin etməməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

Jurnalist bu addımı səhhətində yaranan problemlərlə bağlı atdığını bildirib:

"Salam əziz həmvətənlərim! Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son vermək qərarına gəldim. Bunun başlıca səbəbi ürək qan-damar sistemimdə yaranan problemlərdir. Həm saxlanıldığım mərkəzin, həm də Təcili Yardım Xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını dayandırım.

Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan, mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağım və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə Vətənimiz Azərbaycana qayıda biləcəuəm".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR