Ölkə 13:08 10.08.2015

Jurnalistin ölümünün səbəbləri araşdırılır - Səhiyyə Nazirliyi

Jurnalist Rasim Əliyevin ölümünün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. 

Bunu Trend-ə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, jurnalistin ölümünün baş vermə səbəbləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin mütəxəssislərinin araşdırmasından sonra bəlli olacaq.

Yekun məlumat müayinənin nəticələrindən sonra müəyyənləşəcək.

Qaynar.info