İdman 11:48 17.11.2018

Jurnalistin qətlində ittiham olunan şahzadə Avropada klub alır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Avropa futboluna yatırım etmək istəyir.

Qaynarinfo xəbər verir ki, şahzadə İtaliyanın "Roma" klubunun səhmlərini almaq niyyətindədi. Onun nümayəndələri artıq bu yöndə hərəkətə keçiblər.

Məlumata görə, Məhəmməd ibn Salman İtaliya klubuna rəsmi təkliflə müraciət edib. Lakin onun təklifi "Roma"nın sahibi Ceyms Pallotta tərəfindən rədd olunub. Amerikalı iş adamının klubu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmədiyi deyilir.

Qeyd edək ki, Məhəmməd ibn Salman səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində ittiham olunur. İddialara görə, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda öldürülən və sonra cəsədi parçalanan jurnalistin ölüm əmrini məhz şahzadə verib.