Ölkə 11:16 22.07.2013

Jurnalistlər üçün yeni yaşayış binasının təməli qoyuldu -YENİLƏNİB

Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün yeni yaşayış binanın təməli qoyulub.

APA-nın məlumatına görə, bu gün jurnalistlər üçün istifadəyə verilmiş yaşayış binasının açılışında iştirak edən prezident İlham Əliyev yeni binanın təməlqoyma mərasiminə də qatılıb. Azərbaycan prezidenti qeyd edib ki, jurnalistlərə dövlət dəstəyi bundan sonra da davam edəcək və gələcəkdə Bakıda jurnalist şəhərciyi olacaq.

***

09:45

Mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yenidən bina tikiləcək. Qaynar.info-nun Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.


Əflatun Amaşovun dediyinə görə, bu gün – iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.

Qeyd edk ki, ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla mətbuat nümayəndələri üçün paytaxtın Bibiheybət qəsəbəsində 156 mənzilli bina tikilib. Binanın açılışı da bu gün olacaq.

Qaynar.info