Ekonomiks 14:53 23.07.2013

Jurnalistlərə verilən evlərin kvadratmetri neçəyə başa gəlib?

“Jurnalistlərə verilən evin maya dəyəri təmirlə, mebellə, su anbarı, oyun meydançası ilə birlikdə hər kvadrat metrə 284 manat təşkil edib”.

Qaynar.info-nun məlumatına görə, bunu IREX-Azərbaycan təşkilatının sədr müavini, tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib. Onun sözlərinə görə, binanın tikintisinə ayrılan 5 milyon manata 17600 kvadratmetr düşür: “Bu, maraqlı bir faktı ortaya çıxarır. Tikinti sektorunda olan rüşvətin həcmini. Həmin ərazidə təmirsiz mənzilin kvadratmetr sahəsi 1000 manatdan baha satıldığını nəzərə alsaq, təmir ve mebeli də əlavə etsək, rüşvətin miqyası ortaya çıxır. Hələ ayrılan 5 milyon vəsaitin tam məqsədyönlü xərclənməsini qəbul etdikdə bu mənzərə yaranır”.

Qaynar.info