Dünya 10:24 26.09.2013

Kababçı polisləri doğradı - DƏHŞƏT


Çində kiçik kababxananın yiyəsi iki polisin qətlində ittiham edilərək, edam olunub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Sya Tszyunfen adlı kababçı 4 il öncə asayiş keişikçiləri ilə mübahisə zəminində polisləri doğrayıb.

Sahibkarın edamı Çində İnternet istifadəçiləri arasında kəskin etirazla qarşılanıb. Mənbə bildirib ki, İnternet istifadəçilərinin çoxu müttəhimi müdafiə edib.

İctimai şəbəkə istifadəçiləri onların polis deyil, hüquq-mühafizə sistemində ictimai cəmiyyətin üzvləri (drujinaçı) olduğunu vurğulayıb. Onlar bildirib ki, drujinaçılar əhali ilə davranışda özlərini kobud aparır və cəzası qalırlar.

Qaynar.info