Dünya 15:35 16.08.2018

Kabildə Kəşfiyyat mərkəzinə silahlı hücum

Əfqanıstanın paytaxtı Kabildə Milli Təhlükəsizlik İdarəsinə silahlı hücum olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş mətbuata açıqlama verib. Onun sözlərinə görə, silahlı şəxslər Kabilin 5-ci bölgəsində kəşfiyyat təlim mərkəzinin yaxınlığındakı binaya girərək mərkəzi atəşə tutublar.

"Bölgəyə çoxlu sayta təhlükəsizlik qüvvəsi cəlb edilib. Atışma hələ də davam edir", - deyə sözçü bildirib.

Hadisə şahidlərinin ifadəsinə görə, içəridən partlayış səsi də eşidilib. 
 
Bölgəyə gedən bütün yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Hələlik heç bir qruplaşma hücumun məsuliyyətini özü üzərinə götürməyib.

Qeyd edək ki, Kabildə dünən də bir təlim mərkəzinə hücum olmuş və 48 nəfər həyatını itirmişdi.