Video 12:01 28.11.2018

Kadırov İlham Əliyevi və şeyxi belə güldürdü (VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Çeçenistanda Ramzan Kadırovun Bakı səfəri ilə bağlı maraqlı video sujeti təqdim edilib. Kadırovun Heydər Əliyev Hava Limanında qarşılanma mərasimindən, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, onun şərəfinə nahar verilməsinə kimi görüntüləri yayımlanıb.

Prezidentlərin səmimi görüşləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qarşısına qaçaraq sağollaşması böyük marağa səbəb olub.

Həmin görüntüləri sizlərə təqdim edirik. (Unikal.org)

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!