Dünya 13:57 25.06.2013

Kalaşnikov xəstəxanaya yerləşdirildi

Məşhur “Kalaşnikov” avtomatının (AK) yaradıcısı Mixail Kalaşnikov xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, dünən 94 yaşlı M. Kalaşnikov yaşadığı İjevsk şəhərindən xüsusi təyyarə ilə Moskvaya gətirilib.

Rusiya Müdafiə Nazirliyinin baş həkimi Aleksandr Fisun Kalaşnikovun vəziyyətinin ağır olduğunu söyləyib: “Hal-hazırda Mixail Kalaşnikov reanimasiya şöbəsində müalicə olunur”.

İjevsk şəhər xəstəxanası həkimlərinin Kalaşnikova vaxtında  lazımi yardımı etdiyini söyləyən A. Fisun xəstənin qanında laxtalanmanın baş verdiyini bildirib. Baş həkim M. Kalaşnikovun keçən ilik may və dekabr aylarında da xəstəxanaya yerləşdirildiyini söyləyib.

Qeyd edək ki, II dünya müharibəsi zamanı yaralanan M. Kalaşnikov öz soyadını daşıyan avtomat silahı icad edib. 1947-ci ildən bu yana hər il 100 mindən çox Kalaşnikov silahı istehsal olunur.

Qaynar.info