Dünya 11:46 13.10.2017

Kaliforniya dəhşəti davam edir: 31 ölü, yüzlərlə itkin (FOTOLAR)

ABŞ-ın Kaliforniya ştatında şərabçılıq bölgəsində bazar günü başlayan dəhşətli yanğın hələ də davam edir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 22 fərqli yerdə davam edən yanğın nəticəsində bu günə qədər 31 nəfər dünyasını dəyişib, yüzlərlə insan isə itkin düşüb. 647 kvadrat kilometrdən artıq ərazini əhatə edən yanğın 3500 ev və iş yerini külə çevirib.

Bu günə qədər ABŞ-a ən çox zərər verən meşə yanğını hesab edilən Kaliforniya dəhşəti 1933-cü ildən bəri ən çox insanın öldüyü yanğın fəlakəti hesab edilir.


Gülşən

Qaynarinfo.Az