Dünya 09:45 13.11.2018

Kaliforniyada meşə yanğınları davam edir: 44 ölü, 200-dən çox itkin var

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarının qurbanlarının sayı artır.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, yanğın qurbanlarının sayı artıq 44 nəfərə çatıb. "Paradise" qəsəbəsində başlayan fəlakət nəticəsində minlərlə ev külə dönüb. 8 noyabrdan başlayan yanğında 200-dən çox insandan xəbər yoxdur. 

Əraziyə çox sayda yanğınsöndürən və xilasedicilər cəlb edilib.

Gülşən