İdman 19:00 24.11.2018

Kamran Ağayev əsəbiləşdi: "Mən ayağımı tutub, qaçan oğlanam?"

Azərbaycan milli komandasının Kosovoya 0:4 hesablı məğlubiyyətinə görə qınaq obyektlərindən biri olan Kamran Ağayev jurnalistlərə müsahibə verməkdən boyun qaçırıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu müsahibə verməsə də, millidə oynamaqdan qaçmadığını deyib:

"Siz məni tanıyırsız? Mən ayağımı tutub millidən qaçan oğlanam?". Qeyd edək ki, dünən milli komandanın həkimi Vyeçslav Xomenko Kosovo ilə matçdan öncə ayağında ciddi zədə olmadığını bildirmişdi. O, qolkiperin səfərə getmək imkanı olsa da, bundan imtina etdiyini demişdi.