Ölkə 17:19 17.01.2020

Kamran Əliyev yenidən şöbə rəisi təyin edildi - Bakı Polisi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilib.

 

Qaynarinfonun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, R. Quliyev BDYPİ-nin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Nazirin digər əmri ilə Kamran Əliyev BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.

 

K.Əliyev APA-ya faktı təsdiqləyib.

 

Xatırladaq ki, K.Əliyev 2018-ci ilin aprel ayınadək bu vəzifədə çalışıb.

 

Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "avtosfer.az" saytı yayıb.