Maqazin 12:30 22.10.2014

Kamran Həsənlinin saxta profilləri

ANS TV-nin “Günə Baxan” verilişinin bugünkü efiri maraqlı məlumatlaı ilə yadda qalan olub. 

Anspress-in məlumatına görə verilişin aparıcı Kamranlı Həsənli canlı efirdə özü ilə bağlı açıqlama verib. Belə ki, aparıcı sosial şəbəkədə onun adına yalançı səhifələr açıldığını bildirərək bu məsələyə aydınlıq gətirib. “Həmin səhifədə mənim şəkillərim paylaşılır, mənim adımdan statuslar yazılır”. 

Aparıcı qeyd edib ki, “Hətta məsələyə aydınlıq gətirmək istəyəndə “mənim adımdan artıq-əksik sözlər yazmayın” deyərək mənim özümə Kamran Həsənli olmadığımı sübut etdilər. İnsafən onu da deməliyəm həmin şəxs hər kimdirsə adımdan heç bir pis söz yazmır”. 

Qaynar.info