Foto 15:44 06.12.2017

15 min il yaşı olan yeraltı göl tapıldı (FOTO/VİDEO)

Kanadanın Kvebek şəhərində iki qeyri-peşəkar tədqiqatçı yerin 30 metr dərinliyində 15 min il yaşı olan yeraltı göl-mağara tapıblar.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Denyel Keron və dostu Lak Le Blenkin tapdıqları su ilə dolu olan mağaranın hündürlüyü 20 metr, uzunluğu isə 200 metrə qədərdir. Keron mətbuata açıqlamasında, "İnsanlar belə bir mağaranı ancaq ayda görə bilərdilər. Düşünürük ki, sözügedən mağara son buz dövründə inşa edilib", deyib.

Mağaradakı suyun qayalardan axan su damcılarından qaynaqlandığı bildirilir.

Kvebek speleologiya mərkəzinin direktoru Fransua Qelinas da mağaranın qədim tarixə malik olduğunu və üzərində sonradan küçə inşa edildiyindən, indiyə qədər üzə çıxmadığı söyləyib.

Yeraltı gölün kəşfindən sonra əraziyə dalğıclar cəlb olunub.