Foto 14:37 26.04.2019

Kanalizasiya qapağı Azərbaycan Qran-prisinin dayandırılmasına səbəb oldu (FOTOLAR)

"Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib. 

Qaynarinfo xəbər verir ki, "Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.

Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın "Williams” komandasının pilotu Corc Rassellin bolidinin lyuka ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

Sərbəst yürüş isə ləğv olunub.