Ölkə 11:06 24.01.2014

Kapello daha 4 il Rusiya yığmasında


Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqı (RFİ) ilə müqavilənin müddətini 2018-ci ilə qədər uzadıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i təşkilatın saytına istinadən xəbər verir.

Kapello Rusiya yığmasına 2012-ci ilin iyulundan rəhbərlik edir. O, bu postda holland Dik Advokatı əvəz edərək iki illik müqavilə imzalayıb.

2013-cü ilin iyununda 67 yaşı tamam olan Kapellonun rəhbərliyi altında Rusiya yığması 2002-ci ildən dünya çempionatına yol açıb, portuqaliyalıları qabaqlayaraq ilk dəfə öz seçmə qrupunda birinci yeri tutub.

Qaynar.info