Ekonomiks 22:33 30.05.2015

“Kapital Bank” 65 milyon ödəniş etdi

“Kapital Bank”ın 2014-cü ildə əldə etdiyi 65 milyon 891 min manat məbləğində xalis mənfəət onun səhmdarlarına ödənilib. Fins.az-ın məlumatına görə, bu barədə qərar bankın səhmdarlarının mayın 27-də keçirilmiş iclasında qəbul edilib.

Hazırda “Kapital Bank”ın nizamnamə kapitalı 185 milyon 850 min manatdır. Bank hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon səhmə malikdir. Başqa sözlə, hər səhmə görə 4,39 manat divident ödənilib ki, bu da onun nominal dəyərinin 35%-i qədərdir.

“Kapital Bank”ın səhmlərinin 99,87%-i “PAŞA Holdinq” şirkətlər qrupuna, 0,13%-i isə fiziki şəxslərə məxsusdur. 

Qaynar.info