Dünya 10:21 25.11.2018

Karlov cinayəti ilə bağlı şok detallar üzə çıxdı

2016-cı ildə sui-qəsd nəticəsində öldürülən Rusiyanın Ankaradakı səfiri Andrey Karlov cinayətinə dair yeni detallar üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri məqalə yayımlayıb.

Məqalədə qeyd olunur ki, Ankara Baş Prokurorluğunun iddianaməsinə görə, MİT-in (Türkiyənin Kəşfiyyat Servisi) Rusiya qanadına nəzarət edən FETÖ-çü Vehbi Kürşad Akalın Türkiyəyə məxsus təyyarənin vurulmasının ardından Türkiyə-Rusiya münasibətlərinə dair hesabat hazırlayıb. Hesabatda Akalın iki ölkənin yenidən bir araya gələcəyini yazdıqdan sonra səfirə öldürülməsi qərara alınıb.

Bu, istintaqın gedişi zamanı etirafçı olan şübhəlilərin ifadəsində öz əksini tapıb.

Akalın verdiyi ifadəsində Karlovun təhlükəsizliyinə dair məlumatlarla yanaşı, şəxsi həyatı və Rusiyadakı yaşamına dair informasiyaları da Yusif kod adlı Hüseyn Kötüceyə verdiyini etiraf edib. O, üz-üzə görüş zamanı şifahi verdiyi informasiyaları Kötücenin evində kompüterə yazdığını söyləyib.
 
İddianaməyə görə Kötüce də sözügedən informasiyaları Ubruntu adlı proqram vasitəsilə şifrəli şəkildə saxlayıb.

Keçmiş BTK (İnformasiya Texnologiyaları Qurumu) işçisi olan Hüseyn Kötüce faktı təsdiqləyib: "2015-ci il idi. Məqalənin mətnində "hər iki ölkənin çıxarları bir-biri ilə üst-üstə düşdüyü üçün yaxın zamanda bir araya gələcəklər" tipli ifadələr var idi".

Kötüce bu məlumatı Fətullah Gülənin yaxın adamı olan Camal Karaataya verdiyini deyib.

Beləliklə məqalə zəncirvari şəkildə FETÖ liderinə çatdırılıb. FETÖ və xarici qüvvələr isə iki ölkə arasındakı münasibətlərin normallaşmasına əngəl törətmək üçün səfirin öldürülməsi barədə ortaq qərar qəbul ediblər.

Şübhəlilər təşkilatlanma barədə də məlumat veriblər:

"Bu informasiyalar abilər tərəfindən incələnir, digər mənbələrdən əldə edilən məlumatlarla qarşı-qarşıya gətirilir, əldə edilmiş yekun məlumat əsasında yol xəritəsi hazırlanır. Daha sonra ölkə içərisində yüksək vəzifələrdə olan abilərə bu istiqamətdə məlumat ötürülür, onlar da bu məlumatlar əsasında siyasət yeridirlər. Təkcə məndən deyil, təşkilata daxil olan digər yoldaşlardan da informasiya toplanılır".
 
Çingiz Səfərli